Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılının Milli Şura ilə bağlı səsləndirdiyi fikirlər partiyada birmənalı qarşılanmayıb. Xüsusən də A.Hacılının Müsavatın Milli Şuradan çıxacağı haqda verdiyi açıqlama partiyada böyük səs-küy yaradıb.
Partiyanın Məclis sədri Arzu Səmədəyli Modern.az-a açıqlamasında Arif Hacılının fikirlərini təkzib edib. A/Səmədbəyli bildirib ki, Müsavat Partiyasının Milli Şuradan çıxması məsələsi gündəmdə deyil və bu rəhbərlikdə müzakirə olunmayıb.
“Müsavat Partiyası Milli Şuranın əsas təsisçilərindən biridir. Bu prosesdə əsas aparıcı simalardan biri də Müsavat başqanı İsa Qəmbərdir. Müsavat Partiyasının iştirak etdiyi prosesdə Milli Şurada iştirakla bağlı müzakirələr gedir, Milli Şuradan çıxmaqla bağlı hər hansı söz belə, müzakirə mövzusu deyil. Belə bir məsələ Müsavat Partiyasına müzakirə olunmayıb. Müsavat Partiyasının Milli Şuradan çıxması gündəmdə olan məsələ deyil. Bu barədə partiya rəhbərlərii arasında danışıq da olmayıb”-deyə A.Səmədbəyli A.Hacılının fikirlərinə münasibət bildirib.
Xatırladaq ki, A.Hacılı mətbuata açıqlamasında Müsavatın Milli Şuradan çıxa biləcəyini deyib.
Anar RÜSTƏMOV