Ukrayna Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyəni Qara dəniz taxıl sazişinin uzadılması ilə bağlı danışıqlara başlamağa çağırıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Ukrayna hökumətindəki mənbə hələlik çağırışa cavab verilmədiyini bildirib.
Ukraynanın yenidənqurma nazirinin müavini Yuri Vaskov ötən həftə "Reuters"ə bildirmişdi ki, ölkəsi bu həftə Türkiyə və BMT-dən sazişin bir il uzadılması ilə bağlı danışıqlara başlamağı tələb edəcək.
Rahib Ələsgərov