Modern.az

Kamran Əliyevdən “Tərtər işi” ilə bağlı AÇIQLAMA: “Bu, mənəviyyatsızlıqdır

Kamran Əliyevdən “Tərtər işi” ilə bağlı AÇIQLAMA: “Bu, mənəviyyatsızlıqdır”

Ölkə

1 Mart 2023, 00:30

“Təəssüflər olsun ki, bəzi şəxslər “Tərtər işi”ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər”.

 

Modern.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycanın Baş Prokuroru Kamran Əliyev deyib.

 

“Bu işi gündəmdə saxlamaqla, bir növ özlərini gündəmdə saxlamağa cəhd edirlər. Bu yolverilməzdir. Hesab edirəm ki, insanların hissləri ilə manipulyasiya etmək özü mənəviyyatsızlıqdır”, - Baş prokuror bildirib.

 

Kamran Əliyev qeyd edib ki, cinayətkarlığa qarşı mübarizədə bəzi kateqoriya cinayətləri üzrə sərtləşmə getməlidir: “Bunu bizdən cəmiyyətimiz, vətəndaşlarımız və reallıq tələb edir. Bəzi cinayətlər üzrə isə humanistləşmə vacibdir”.

Bu xəbər ilə bağlı
Baş prokuror səfirliyə hücumdan danışdı: Qaranlıq məqamlar var
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi