Milli Məclisin sədri Oqtay Əsədov Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyla görüşüb. Modern.az-ın məlumatına görə, mətbuata qapalı keçirilən görüşdə Azərbaycanın Avropa Birliyinə İnterqrasiyası və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 3-də Brüsselə rəsmi səfərə yola düşüb.
Azərbaycan nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Asim Mollazadə, Rövşən Rzayev, Fuad Muradov, Sahibə Qafarova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
A.RÜSTƏMOV