Modern.az

3 dəfə əlavə maaş kimlərə veriləcək - SİYAHI

3 dəfə əlavə maaş kimlərə veriləcək - SİYAHI

İqtisadiyyat

1 Mart 2023, 12:05

2023-cü il yanvar ayının 20-də Baş nazir Əli Əsədovun qərarı ilə dövlət orqanlarında işləyən, ancaq dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 30 manat artırılıb. Qərardan sonra, maaşlar aşağıdakı kimidir:

 

Ali kateqoriya dövlət orqanlarında - 400 manat

1-ci kateqoriya dövlət orqanlarında - 385 manat

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında - 365 manat

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında - 345 manat

 

Qərarın növbəti hissəsində isə işçilərin mükafatlandırılmasından bəhs edilir. Sənədin 2-ci bəndində bildirilir ki, yuxarıda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə onların  aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

 

Sosial şəbəkələrdə məlumat yayılıb ki, qərarda nəzərdə tutulan 3 misli maaş il ərzində 3 dəfə bayram günlərində və mükafat formasında ödəniləcək. 

 

Bəs əlavə maaşların tətbiq ediləcəyi dövlət qurumları hansılardır?

 

Modern.az "Dövlət Qulluğu haqqında" qanuna əsasən əlavə maaşların veriləcəyi dövlət qurumlarını araşdırıb.

 

Baş nazirin qərarına əsasən, maaş artımı və əlavə mükafat ali kateqoriya, 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci kateqoriyaya aid olan dövlət qurumlarında işləyən  dövlət qulluqçusu olmayan işçilərə (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aiddir. Qeyd olunan kateqoriyalarda nəzərdə tutulan dövlət orqanları aşağıdakılardır:

 

Ali Kateqoriya 

Prezident Administrasiyası 

Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar 

Nazirlər Kabineti 

Milli Məclis 

Konstitusiya Məhkəməsi 

Ali Məhkəmə 

Birinci Kateqoriya 

Naxçıvan Ali Məclisi 

Baş Prokurorluq 

Hesablama Palatası 

Məhkəmə-Hüquq Şurasının Aparatı 

İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı 

İkinci Kateqoriya 

Naxçıvan Ali Məhkəməsi 

Naxçıvanın müvafiq icra hakimiyyəti orqanı 

Hərbi Prokurorluq 

Naxçıvan Prokurorluğu 

Naxçıvan İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı 

Apellyasiya məhkəmələri 

Mərkəzi Seçki Komissiyasının Aparatı 

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi 

İcra hakimiyyəti orqanları 

Milli Televiziya və Radio Şurasının Aparatı 

Üçüncü Kateqoriya 

Müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri 

İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) regional mərkəzləri 

Naxçıvan Mərkəzi Seçki Komissiyasının Aparatı 

Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları 

Naxçıvanın Televiziya və Radio Şurasının Aparatı 

Ağır cinayətlər məhkəmələri 

İnzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr 

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu 

Bakı şəhər prokurorluğu 

Dördüncü Kateqoriya 

Müvafiq icra hakimiyyəti orqanları 

Müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar 

Rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları 

Başinci kateqoriya 

Müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri 

 

Qeyd: Yuxarıda təqdim olunan cədvəl Modern.az saytı tərəfindən hazırlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi