Modern.az

TƏBİB Hacı Şahinin ölümü ilə bağlı məlumat YAYDI

TƏBİB Hacı Şahinin ölümü ilə bağlı məlumat YAYDI

Mədəniyyət

2 Mart 2023, 10:02

TƏBİB ilahiyyatçı Hacı Şahinin ölümünün səbəbini açıqlayıb.

 

TƏBİB-dən Modern.az-a bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.

 

Məlumatda qeyd olunub ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb: "Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb. Ailəsinin bildirdiyinə görə Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər