Türkiyənin Tekirdağ vilayəti sahillərində bərədə yanğın baş verib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bərədəki nəqliyyat vasitələrinə ziyan dəyib.
Sərnişinlərin tüstüdən zəhərləndiyi bildirilib. Məlumata görə, azı 30 sərnişin hadisə vaxtı bərədə olub.
Hadisənin səbəbləri və detallar araşdırılır.