Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin XİN başçısı Çin Qanla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Telegram" kanalında məlumat verib.
Qeyd olunub ki, görüş Hindistanın paytaxtı Yeni Dehli şəhərində baş tutub. Tərəflər qarşılıqlı maraq doğuran mövzuları müzakirə ediblər.
Bu, Çinin yeni təyin olunmuş xarici işlər naziri Çin Qanla Lavrovun ilk görüşü olub.