Modern.az

Yaralılardan imtina edir, meyitləri yandırırlar - Podolyak

Yaralılardan imtina edir, meyitləri yandırırlar - Podolyak

Dünya

2 Mart 2023, 12:53

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın öz itkilərinə münasibətini şərh edib.

 

Modern.az xəbər verir ki, müşavir bu barədə tviter səhifəsində yazıb.

 

"Rusiyanın "hərbi taktikaları": Rusiya ölüləri saymaz, yaralıları buraxıb gedər, təzminat ödəməmək üçün meyitləri yandırar. Rusiya Federasiyası üçün insanlar ən ucuz pul vahididir", - o qeyd edib. 

 

"Rusiyalılar üçün də bu barədə heç bir problem yoxdur. Onların təhdidi hiss etməsi və doğru sualları verməyə başlaması üçün gündə 5000 ölü olmalıdır?", - deyə Podolyak vurğulayıb.

 

Xatırladaq ki, Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 715 hərbçisini itirib, bununla da Moskvanın müharibə başlayandan bəri ümumi itkilərinin sayı 150 605 nəfərə çatıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu