Ölkə prezidentinin sərəncamı ilə Bakının Bibiheybət qəsəbəsində evsiz jurnalistlər üçün tikilən yaşayış binası demək olar istifadəyə hazırdı və indi mənzillərin bölüşdürülməsi istiqamətində ciddi müzakirələr gedir. Redaksiyalar iyunun 15-dək mənzilə ehtiyacı olan jurnalistləri müəyyənləşdirib, onların adlarını Azərbaycan Mətbuat Şurasına təqdim etməlidirlər. Mətbuat Şurası isə siyahını Prezident Administrasiyasına göndərəcək.
Mənzillərin öz gələcək sahiblərinə Milli Mətbuat günündə - 22 uyulda təqdim olunacağı gözlənilir.
Tikintisi 5 milyon manata başa gələn yaşayış binası 16 mərtəbəli, 156 mənzillidir.
2 və 3 otaqdan ibarət mənzillər təmir olunmuş vəziyyətdə evsiz jurnalistlərə paylanacaq.
Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər.
Sonradan telekanallar da bu siyahıya əlavə olundu və hər bir telekanalın da mənzil almaq üçün 3 əməkdaş müəyyənləşdirməsi nəzərdə tutulur.
Modern.az saytının fotomüxbiri çoxdandır müzakirə obyektinə çevrilmiş binanın ən yeni fotoşəkillərini təqdim edir
Elçin AĞAYEV