Türkiyənin paytaxtı Ankarada yanğın baş verib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ankaranın Kahramankazan rayonunda yerləşən maşınlar üçün detallar istehsal edən zavodda olub.
İlkin məlumatlara görə, nəticədə 1 nəfər həyatını itirib, daha 3 nəfəri isə yaralanıb.
Hazırda yanğın söndürülür, səbəbləri araşdırılır.