Modern.az

Prokurorluq Hacı Şahinin ölümünü ARAŞDIRIR

Prokurorluq Hacı Şahinin ölümünü ARAŞDIRIR

Hadisə

2 Mart 2023, 15:54

İlahiyyatçı Hacı Şahinin ölüm faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

"1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır", - deyə açıqlamada bildirilib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında tanınmış din xadimi Hacı Şahin Həsənli dünyasını dəyişib. 48 yaşlı ilahiyyatçı ürəktutmasından həyatını itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi