Modern.az

244 min evin təməlini atacağıq - Türkiyəli nazir

244 min evin təməlini atacağıq - Türkiyəli nazir

Dünya

2 Mart 2023, 16:06

"Qarşıdakı 2 ayda 11 vilayətdə cəmi 244 min evin təməlini atacağıq".

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

 

"Bununla inşaat işlərini başlatmış olacağıq. 3 mart tarixindən etibarən zəlzələ bölgəsində ümumilikdə 21 244 evin inşasına başlayırıq", - deyə o bildirib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu