Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Roland Kobianı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub, Roland Kobianın əməkdaşlığımızın möhkəmləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirilib, əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.
Modern.az