Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Şıx, Sahildə 22-23 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, şərq rayonlarında isə axşam qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, iyunun 07-dən iyunun 08-i gündüzədək güclü xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Xəbərdarlıq
İyunun 07-09-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, əsasən gecə və axşam saatlarında yağış yağacağı, 07-08 iyun tarixlərində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.