Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçirilir.
Modern.az xəbər verir ki, dinləmədə Milli Məclisin deputatları, alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edirlər.
Tədbirdə iştirakçılar soydaşlarımızın doğma ata-baba yurdlarına - Qərbi Azərbaycana dinc qayıdışı barədə öz fikirlərini bölüşəcək, təkliflər verəcəklər.