Modern.az

Xanım jurnalistin köməyə ehtiyacı var

Xanım jurnalistin köməyə ehtiyacı var

Təhsil

6 İyun 2013, 17:59

Jurnalist İlhamə Kərimova 2007-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkir. “Media forum” saytına açıqlamasında İlhamə Kərimova deyib ki, indiyə qədər Moskvada, İstanbulda müalicə olunub: “Bu müddətdə rayonda evimizi, Bakıda, demək olar, bütün əşyalarımızı satmışıq. Amma yenə də çatdırmaq olmur. 2010-cu ildən bəri müayinə və müalicələrə üç aydan bir 5-10 min manat lazım gəlir. Mən II qrup əlil kimi 85 manat, anam isə 176 manat pensiya alırıq. Qohum-tanış, hətta tanımayanlar belə bacardıqları qədər kömək edib. Onların hamısına təşəkkürlərimi bildirirəm. Üzümü yenə imkanlı və xeyirxah insanlara tutub yardım etmələrini xahiş edirəm”.

İlhamə Kərimova 1971-ci ildə doğulub. BDU-nun məzunudur. “Space”, “Lider” telekanallarında, “Azərbaycanfilm” kinostudiyasında işləyib.

Əlaqə telefonları: 050-323-73-83;  055-533-05-83.

Bank hesabları: 1, 2, 3

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama