Modern.az

İsrail cüdoçusunun Azərbaycan komandasına çağırılması təkzib olundu

İsrail cüdoçusunun Azərbaycan komandasına çağırılması təkzib olundu

6 İyun 2013, 18:01


Bir çox mətbuat səhifələrində Azərbaycan Cüdo Federasiyasının İsrail cüdoçusu Elis Şlezingeri milli yığma komandaya dəvət etdiyi və bu təklifin cüdoçunun Bakıya səfəri zamanı baş tutduğu barədə xəbər verilib.  

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Grand Slam” beynəlxalq cüdo turnirindən sonra keçirilən təlim-məşq toplantısında bir sıra ölkələrin cüdoçuları, o cümlədən İsrail idmançıları da iştirak ediblər.
”Azərbaycan Cüdo Federasiyası tərəfindən Elis Şlezingerə milli komandaya dəvətlə bağlı heç bir təklif edilməmiş və gələcək planlarda da nəzərdə tutulmamışdır.
Bir daha KİV nümayəndələrindən Azərbaycan cüdosu ilə bağlı məlumatları yayarkən Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinad etmələrini xahiş edirik”.  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama