Modern.az

“Borçalı” iş adamlarına müraciət etdi: “Gürcüstana investisiya qoyun”

“Borçalı” iş adamlarına müraciət etdi: “Gürcüstana investisiya qoyun”

6 İyun 2013, 18:14


“Azərbaycanda ciddi iqtisadi yüksəliş müşahidə olunur. İş adamlarının öz resurslarını yetərincə reallaşdırmaq, azad rəqabət mühitində daha çox mənfəət əldə etmək imkanlarının müxtəlif subyektiv səbəblər ucbatından məhdudlaşdırılmasına baxmayaraq milli burjuaziyamız, dayanıqlı orta təbəqə formalaşmaqdadır. Azərbaycan və Gürcüstanın siyasi, iqtisadi sahədə daha dərin, daha məzmunlu inteqrasiya olunmasını vacib hesab edirik. Bu prosesdə iş adamlarının imkanlarının səfərbər olunması çox vacibdir”.

Bu sözlər “Borçalı” İctimai cəmiyyətinin iş adamlarına etdiyi müraciətdəndir. İctimai cəmiyyət hesab edir ki,  Gürcüstanda iş adamlarının toplandığı “Borçalı iş adamları birliyi”nin birgə qənaəti ondan ibarətdir ki, Gürcüstanda aşağıdakı sahələrə investisiya qoymaq üçün siyasi, iqtisadi, hüquqi və mənəvi mühit kifayət qədər optimaldır. 

1. Tebet, Xram, Alqet, Maşavera çayları boyunca tikinti materiallarının istehsalı.
2. Əhəng istehsalına daha müasir avadanlıqla genişləndirmək.
3. Bazalt daş karyerlərinin və sexlərinin qurulması.
4. Çay nehrlərində balıq yetişdirmə müəssisələrinin qurulması.
5. Suvarılmayan (dəmyə) çöllük sahələrdə Kapari bitkisinin yetişdirilməsi.
6. Süd məhsulları istehsal edən zavodların qurulması.
7. Marnueli, Dmanisi, Bolnisi, Qardabani və Rustavidə özəl tibb müəssisələrinin qurulması.
8. Kənd təsərrüfatı məhsullarının istehsal və emal müəssisələrinin qurulması.
9. İstirahət və turizm müəssisələrinin qurulması.

İlkin olaraq təklif olunan sahələrə investisiya qoyuluşunun rentabelli olması haqda kifayət qədər sosial-iqtisadi əsaslar mövcuddur. 

Borçalı Cəmiyyəti İdarə Heyəti idtisadçı mütəxəssislərin rəyini nəzərə alaraq, Azərbaycanda, Türkiyədə, MDB məkanında fəaliyyət göstərən iş adamlarının Gürcüstana, onun bir hissəsi olan soydaşlarımızın daha çox məskunlaşdığı ərazilərə cəsarətlə yatırım qoymağa dəvət edir:

“İnanırıq ki, biznesmenlər bununla öz biznes imkanlarınızı genişləndirə, yeni iş yerlərinin açılmasına yardımçı olmaqla, soydaşlarımızın sosial rifahının yaxşılaşmasına, onların öz tarixi dədə-baba torpaqlarında möhkəmlənməsini stimullaşdıra, Gürcüstan iqtisadiyyatının inkişafına yardım etməklə Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə əməli fayda vermiş olarlar. İş adamlarına Gürcüstanda öz fəaliyyətlərini qurmaq üçün “Borçalı” Cəmiyyəti və onun Gürcüstan nümayəndəliyi hər cür yardımçı olmağa hazır olduğunu bildirir”.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama