Modern.az

Mehriban Əliyevaya “Qurani-Kərim” hədiyyə olundu - FOTOLAR

Mehriban Əliyevaya “Qurani-Kərim” hədiyyə olundu - FOTOLAR

6 İyun 2013, 19:08

İyunun 6-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva paytaxtın Xəzər, Nəsimi və Binəqədi rayonlarındakı bir sıra obyektlərdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.
Azərbaycanın birinci xanımı əvvəlcə Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidində yenidənqurmadan sonrakı vəziyyətlə tanış olub.
Məscidin axundu hacı Həsən Mehriban xanım Əliyevaya “Qurani-Kərim” hədiyyə edib.
Heydər Əliyev Fondunun prezidenti Binə sakinləri ilə söhbət edib.
Sakinlər qəsəbədə görülən işlər, həyata keçirilən layihələrə görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlıqlarını bildiriblər.
Sonra Mehriban xanım Əliyeva Nəsimi rayonundakı 74 və 92 nömrəli uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə maraqlanıb.
Daha sonra Azərbaycanın birinci xanımı Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 298 nömrəli uşaq bağçasında yaradılmış şəraitlə tanış olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İmam Rza məscidində və uşaq bağçalarında yaradılmış şəraitdən razılığını bildirib.


























Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama