Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Afrika səfərini bitirərək ölkəsinə qayıdıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə yarısı Atatürk hava limanında çıxış edən baş nazir insanları son günlər baş verən olaylar səbəbi ilə səbirli olmağa çağırıb.
Baş nazir çıxışı zamanı Bakıya, Beyruta, Qahirəyə, Bağdada, Şama, Qəzzəyə, Sarayevo, Məkkə və Mədinəyə salamlarını da çatdırıb. Daha sonra o, 76 milyon əhaliyə xidmət etdiklərini vurğulayıb.
Qeyd edək ki, hava limanında Ərdoğanı qarşılayanlar Taksim meydanında toplaçanlara qarşı şüarlar səsləndiriblər. Hətta onlar bir qədər də qabağa gedərək taksimdəki mitinqçiləi “əzmək” üçün Ərdoğandan icazə istəyiblər.
Aqşin KƏRİMOV