Bu gün hakim Yeni Azərbaycan Partiyasının V qurultayı keçiriləcək. Modern.az saytı xəbər verir ki, “Buta Palace” sarayında keçiriləcək qurultayda ölkə başçısı İlham Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi gözlənilir.
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da Modern.az-a açıqlamasında bildirib ki, partiyada struktur dəyişikliyi də gözlənilir.
YAP qurultayına partiyanın qurucuları hesab olunan “91-lər”dən də dəvət olunanlar var.
***
“Buta” sarayında Yeni Azərbaycan Partiyasının V qurultayı başlayıb. Azərbaycan Respublikasının Prezidenti, partiyanın sədri İlham Əliyev qurultayın açılışında geniş nitq söyləyib.
***
Modern.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) hazırda davam edən V qurultayında partiya sədri, hazırki ölkə başçısı İlham Əliyevin prezidentliyə namizədliyi rəsmən irəli sürülüb. Prezident İlham Əliyev həmçinin qurultayda Yeni Azərbaycan Partiyasının sədri seçilib.
Qurultaya yekun vuran Prezident, YAP-ın sədri İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və öz fəaliyyəti ilə bu etimadı doğruldacağını bəyan edib.
Aqşin Kərimov