Modern.az

Borrel Rusiyanı G20-dən çıxarmağın əleyhinədir

Borrel Rusiyanı G20-dən çıxarmağın əleyhinədir

Dünya

3 Mart 2023, 18:28

Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel Rusiyanın G20-dən çıxarılmasını istəmir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Borrel Moskva ilə diplomatik münasibətlərdə irəliləyiş gördüyünü bildirib.

 

Ali nümayəndə bunu Rusiya XİN rəhbəri Sergey Lavrovun G20 ölkələri xarici işlər nazirlərinin Dehlidə keçirilən iclasında əvvəlki görüşdən fərqli olaraq, Qərb dövlətləri Rusiyanı tənqid edən zaman zalda qalması ilə əsaslandırıb. Belə ki, ötən il Rusiya tənqid olunarkən Sergey Lavrov yığıncağı tərk etmişdi.

 

Borrelin fikrincə, bu, kiçik, amma vacib irəliləyişdir: "Biz danışmağa davam etməliyik, yaxud danışmasaq, heç olmasa dinləməliyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu