Modern.az

Pənah Hüseyn Milli Şuradan getməsindən DANIŞDI

Pənah Hüseyn Milli Şuradan getməsindən DANIŞDI

7 İyun 2013, 11:05


“Mən və adıçəkilən şəxslər Milli Şuranın ideyasını, platformasını içimizdə daşıyırıq. Həmin platforma uğrunda mübarizdə fəal iştirak etməyə hazırıq”. Bunu Modern.az-a açıqlamasında eks-baş nazir Pənah Hüseyn Milli Şuranın siyahısından imtina etməsi barədə bu gün “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun yaydığı məlumatı şərh edərkən bildirib.

  P. Hüseyn qeyd edib ki, Milli Şura da hələ təsis olunmayıb və o baxımdan siyahının tərkibi barədə danışmaq tezdir.  

Qeyd edək ki, Rauf Arifoğlu öz açıqlamasında özünün, habelə Hacı İlqar İbrahimoğlunun, Pənah Hüseynin və Arif Hacılının Milli Şurada təmsil olunmaqdan imtina etdiklərini bildirib.    

Vüqar İsmayılov 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama