Milli Şuranın bu günkü təsis iclasında AXCP sədri Əlin Kəırimli çıxış edib. Modern.az-ın məlumatına görə AXCP sədri bildirib ki, Azərbaycan bu gün tarixi bir gün yaşayır. “demokratik qüvvələr yeni bir tarix yaradır”-deyən Əli Kərimli daha sonra bunları əlavə edib:
“Azərbaycanda 3-cü dəfə Milli Şura yaradır. Azərbaycan xalqı bizə ayrı-ayrı bloklar şəklində fəaliyyət göstərməyimizi istəmir. Biz artıq vahid olmalıyıq. Bundan sonra xalqın qarşısına çıxıb hesabat verə bilərik. Bizi birləşdirən məqamların üzərində düşünməliyik. Geriyə baxmaq lazım deyil. Biz gələcəyə baxmalıyıq.”-deyə vurğulayıb.
İclasda Milli Şuranın əsasnaməsi də səsə qoyularaq qəbul edilib.
Aqşin Kərimov