Milli Şuranın bu gün keçirilən ilk iclasında Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxışı zamanı vahid namizəd məsələsinə toxunub. O bildirib ki, vahid namizəd məsələsi olduqca aktullaşıb. İsa Qəmbər həmçinin qeyd edib ki, Müsavat Partiyası olaraq demokratik qüvvələrin birlik müraciətlərinin hamısına müsbət yanaşıblar.
İsa Qəmbər Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri seçilməsini istəyib. İsa Qəmbərin bu təklifi səsə qoyulub və qəbul edilib.
Bununla da Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilib.
İclasda qurumun əsasnaməsi qəbul edilib. Əsasnamədə qeyd olunur ki, Demokratik Qüvvələrin Milli Şurası öz sədrini seçib. Sədr sessiyalar arası dövrdə Milli Şuranın fəaliyyətini əlaqələndirir, öz səlahiyyətləri çərçivəsində onu təmsil edir.
Milli Şuranın komissiyalar, komitələr, İcra Aparatı, Məşvərət Şurası yaratmaq səlahiyyəti var.
Aqşin Kərimov