“El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev kinodramaturq Rüstəm İbrahimbəyovun Milli Şura ilə bağlı müraciətini təqdim edib. Modern.az xəbər verir ki, müraciətdə təbrik mesajları verilib. Təbrik məktubunu təqdim edirik:
“Milli Şuranın ilk iclasının keçirilməsi münasibəti ilə hamını təbrik edirəm. Müəyyən səbəblər üzündən iclasda iştirak edə bilımədiyimnə görə təəssüf edirəm. Demokratik Qüvvələrin Milli Şurasının məqsəd və vəzifələrini mən də qəbul edirəm və təsdiq edirəm. Milli Şuranın bəyannaməsində xarici siyasətlə bağlı təzadların olduğunu bilirəm. Xüsusilə Avroatlantik məkana inteqrasiya ilə bağlı məsələlərdə ziddiyyəti məqamlar var. Avroatlantik məkana inteqrasiya prezident və parlament seçkilərindən sonra baş tutmalıdır”-deyə vurğulanır.
Aqşin Kərimov