Modern.az

İmran Xan həbs olundu - VİDEO

İmran Xan həbs olundu - VİDEO

Dünya

5 Mart 2023, 12:10

Pakistanın sabiq baş naziri İmran Xan həbs olunub.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İmran Xan Pakistan polisi tərəfindən paytaxt İslamabadda yerləşən iqamətgahında tutulub.

 

Fevralın 28-də məhkəmə tərəfindən Xanın həbsi barədə qərar çıxarılmışdı.

 

İmran Xanın "Təhriki İnsaf" Partiyasının hazırkı lideri Favad Çaudri deyib ki, Xanın həbs edilməsi vəziyyəti ciddi şəkildə pisləşdirəcək: "Mən bu səriştəsiz və anti-Pakistan hökumətini xəbərdar etmək istəyirəm ki, Pakistanı daha da böhrana sürükləməsin və ağılla hərəkət etsin".

 

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu