Modern.az

PFL medal almış klublara pul mükafatı verilməsi təklifini qəbul etmədi

PFL medal almış klublara pul mükafatı verilməsi təklifini qəbul etmədi

7 İyun 2013, 13:48


“Azəriidmanservis” mövsümü medallarla baş vuran futbol klublarına əvvəllər verilən pul mükafatının bərpası haqqında təşəbbüsünü irəli sürüb. PFL-in mətbuat katibi Aslan Şahgəldiyev Modern.az-a açıqlamasında bildirib ki, bu məsələ hələlik müzakirə mövzusu deyil. “Növbəti çempionat başlayanda bu mövzu aktual ola bilər. Bu barədə rəsmi qərarlar olarsa mətbuat məlumatlandırılacaq”.

Xatırladaq ki, başa çatmış çempionatdan sonra PFL medal almış klublara pul mükafatları verilməsini təxirə salmışdı. Liqa bunu maliyyə sıxıntıları ilə əlaqələndirmişdi.   

Abbas Qəmli

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama