Ferstappen \"Formula\"da ilin ilk qələbəsini qazandı 

Ferstappen \

5 Mart 2023, 22:53

Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün ilk yarışı keçirilib.

 

Modern.az xəbər verir ki, yarış Bəhreyndəki “Sahir” avtodromunda baş tutub.

 

Gərgin mübarizə şəraitində keçən yarışda "Red Bull Racing" komandasının pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres Bəhreyn Qran-Prisində ikinci, “Aston Martin”in pilotu Fernando Alonso üçüncü pillədə qərarlaşıb.

 

Növbəti yarış martın 17-19-da Səudiyyə Ərəbistanında keçiriləcək.

 

Qeyd edək ki, bu mövsüm Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
İran daxildən çat verir - Siyasi gərginlik pik həddə