Premyer Liqanın 25-ci turunda "Liverpul" doğma meydanda "Mançester Yunayted" komandasını 7:0 hesabı ilə məğlub edib.
Modern.az xəbər verir ki, əzəli rəqiblərin görüşü “Enfild” stadionunda baş tutub.
"Liverpul"a qələbə qazandıran qolları Kodi Qakpo (43-cü və 50-ci dəqiqə), Darvin Nunes (47, 75), Məhəmməd Salah (66, 83), Roberto Firmino (88) vurub.
Xatırladaq ki, “Mançester Yunayted” daha əvvəl eyni hesabla “Bləkbern” (1926), “Aston Villa” (1930) və “Qurdlar”a (1931) məğlub olub.
Bu nəticə klub tarixində ən böyük hesablı məğlubiyyətdir.