Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər qisamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20, Türkan, Hövsan, Şıx, Sahildə 20-21 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 8-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.
Aqrometeoroloji şərh
Yağın 2 gün müddətində respublikanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən yağışlı və küləkli hava şəraiti payızlıq dənli bitkilərdə gövdələrin yerəyatma sahəsini artıracaq və məhsul yığımını bir qədər çətinləşdirəcək. Nisbətən yüksək temperatur rejimi kənd təsərrüfatı bitkillərinin boy artmasınının və inkişafının sürətləndirilməsini davam etdirəcək.
Modern.az