Modern.az

“Neftçi”dən öz prezidenti ilə bağlı təkzib

“Neftçi”dən öz prezidenti ilə bağlı təkzib

7 İyun 2013, 16:38

“Neftçi” klubunun prezidenti Sadıx Sadıxovun yaxın günlərdə istefa verəcəyi xəbəri yayılıb. Klubun mətbuat katibi Gündüz Abbaszadə bu məlumatı ağ yalan adlandırıb. “Bu, “Neftçi”də çaxnaşma salmaq istəyən qüvvələrin məqsədli planıdır. Bizi yalnız Çempionlar Liqasının oyunları maraqlandırır. Bu oyunlarda yaxşı çıxış etməklə xalqımızı sevindirmək istəyirik”.

Xatırladaq ki, “Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqov yaxın günlərdə istefaya göndəriləcəyi və onun yerinə ARDNŞ rəsmilərindən birinin təyin olunacağı bildirilir. İstefa səbəbi kimi isə “Xəzər Lənkəran” kluybu ilə oyunda baş vermiş qalmaqal göstərilir.      

Abbas Qəmli

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama