Modern.az

MKİ “Facebook”u izlədiyini ETİRAF etdi: “ABŞ vətəndaşı olmayanlara nəzarət edirik”

MKİ “Facebook”u izlədiyini ETİRAF etdi: “ABŞ vətəndaşı olmayanlara nəzarət edirik”

7 İyun 2013, 17:09


Amerika xüsusi xidmət orqanlarının Microsoft, Yahoo, Google və Facebook da daxil olmaqla dünyanın 9 ən böyük internet kompaniyalarının serverlərinə birbaşa çıxışı var.

Modern.az bildirir ki, bu barədə Amerikanın “Wasington Post” qəzeti xəbər verir.   Qəzet xəbər verir ki, ayrı-ayrı vətəndaşları izləmək üçün Federal Təhqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi gizli PRISM hökümət proqramı əsasında internet nəhənglərinin serverlərindəki şəxsi informasiyaya çıxış əldə ediblər. Facebook, Apple, Microsoft, Google və Yahoo bildiriblər ki, serverlərinə birbaşa çıxışı xüsusi xidmət orqanlarına təqdim etməyiblər.   

Bir neçə gün öncə ingilis qəzeti “Guardian” xəbər verib ki, xüsusi xidmət orqanları Amerikadakı ən böyük mobil operator şirkətlərindən Verozonun müştərilərinin şəxsi danışıqları barədə məlumat toplayır. Sonradan Amerika höküməti bunu təsdiqləmişdi.   

Amerika Milli Kəşfiyyatnın direktoru Ceyms Klepper bildirib ki, KİV-lər öz yazılarında “çoxsaylı yanlışlıqlara” yol veriblər. O əlavə edib ki, xüsusi xidmət orqanlarına vətəndaşlara nəzarət etmək hüququ verən qanun yalnız “Amerika vətəndaşı olmayan və ölkədən kənarda yaşayan şəxslərə şamil edilir”.  

Vüqar İsmayılov  


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama