Modern.az

Bakıda öldürülən türkün qatili tapıldı- Rəsmi MƏLUMAT

Bakıda öldürülən türkün qatili tapıldı-  Rəsmi MƏLUMAT

7 İyun 2013, 17:47

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi qətlə yetirilən Türkiyə vətəndaşı ilə bağlı rəsmiu məlumat yayıblar. DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, respublikanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş  istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilib.

Xəbər verildiyi kimi, iyunun 5-də saat 19.00 radələrində paytaxtın Azərbaycan prospektindəki 23 saylı binanın 21-ci  mənzilində "Göyçay Kərpicsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru, Türkiyə Respublikasının vətəndaşı          Mehmet Alimin üzərində zorakılıq əlamətləri olan meyidi aşkar olunub.

Dərhal prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən  məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyidə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş təxirəsalınmaz tədbirlərlə qətlin Bakı şəhər sakini  Rasim Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və o, tutularaq istintaqa cəlb olunub.

İlkin istintaqla müəyyən edilib ki, Rasim Məmmədov Mehmet Alimi şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunun ofisində bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama