Modern.az

Arif Hacılı qardaşının həbsdəki durumundan şikayət etdi

Arif Hacılı qardaşının həbsdəki durumundan şikayət etdi

7 İyun 2013, 18:52


“Abşeron polis idarəsinin təcridxanasında Mustafa Hacıbəyliyə qarşı təziqlər davam edir”. Modern.az xəbər verir ki, bu barədə Mustafa Hacıbəylinin qardaşı Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı bildirib.

A.Hacılı həbsdə olan qardaşı üçün aparılan ərzağın qəbul edilməməsindən və M.Hacıbəylinin zorla əməyə cəlb edilməsindən şikayət edib.

“Artıq 10 gündür ki,onun üçün ərzaq götürülmür.Dünən hüquq müdafiəçiləri ilə Abşeron polis idarəsi rəhbərliyi arasında ərzaqların götürüləcəyi barədə razılıq əldə olunmuşdu.
Mustafa bəyin ailəsinin hazırlayaraq ona göndərdiyi ərzaq Abşeron polis idarəsi tərəfindən alınsa da Mustafa bəyə verilməyib. Bu barədə bu gün alınan məlumat tam təsdiqlənib.

Bundan əvvəl Mustafa Hacıbəylini zorla əməyə cəlb etmək cəhdləri,başqa təziqlər barədə Azərbaycan hüquq müdafiə təşkilatlarına, Ambusmana,Atətin Bakı ofisi nümayəndələrinə,Qirmizi Xaç cəmiyyətinə və digər təşkilatlara məlunmat verilib.

Ərzağın alınmaması qanuna ziddir.Çunki istənilən məhbus həbs edildikdən dərhal sonra və azı həftədə bir dəfə sovqat almaq hüququna malikdir.

Huquq müdafiə təşkilatları Mustafa Hacıbəyliyə ərzağın çatdırılması ilə əlaqədar yenidən müvafiq qurumlarla müzakirələr aparacaqlarını bildiriblər”.

A.RÜSTƏMOV

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama