“Elektroenergetika haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında qanun layihəsinin qəbulunun tez olduğu bildirilib və ictimai müzakirənin keçirilməsi təklif edilib.
Spiker Sahibə Qafarova parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanova bu mövzuda ictimai dinləmənin keçirilməsinin təşkilini tapşırıb.
Qeyd edək ki, sözügedən qanun layihəsi 92 lehinə, 10 əleyhinə səslə qəbul edilib.