Modern.az

Xocalıda ETİRAZ: Sülhməramlıların yolu bağlandı - VİDEO

Xocalıda ETİRAZ: Sülhməramlıların yolu bağlandı - VİDEO

7 Mart 2023, 17:22

Qarabağda yaşayan bir qrup erməni Rusiya sülhməramlılarının Azərbaycanın Xocalı rayonunda yerləşən qərargahının önündə etiraz aksiyası keçirib. Etirazçılar şəxsi avtomobilləri ilə qərargahın qarşısındakı yolu bağlayıblar.


Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Laçın yolunun guya bağlı olduğunu iddia edən ermənilər buna görə rusları ittiham ediblər. Onlar həmçinin Xankəndi ətrafında baş verən hadisələrə rus hərbçilərinin müdaxilə etmədiyini deyərək, sülhməramlılara etirazlarını bildiriblər.

 

Qeyd edək ki, son vaxtlar Qarabağ erməniləri arasında anti-Rusiya əhval-ruhiyəsi yüksəlir. 

 

 

Bu xəbər ilə bağlı
Ermənilər Volkovun istefasını tələb edir
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi