Modern.az

Bəxtiyar Hacıyevin “samovar əməliyyatı” və müdafiəçilərinin siması

Bəxtiyar Hacıyevin “samovar əməliyyatı” və müdafiəçilərinin siması

Aktual

7 Mart 2023, 20:28

Məşhur amerikalı rejissor Daun Esperin “Manyak” filmi “Bəxtiyar Hacıyev və dostlarının qurbanları” adı ilə Azərbaycan ictimai-siyasi sektorunda zühur edir desək yanılmarıq. Esperin qorxu motivləri ilə lentə aldığı filmdə “seksual manyak”ın qadınları istismar forması ilə Bəxtiyar Hacıyevin metodları arasında müəyyən fərqliliklər olsa belə, Azərbaycanın əxlaq sistemi fonunda baş verənlər sözün gerçək mənasında qorxu filmini xatırladır. Həm də ona görə ki, günümüzdə yaşananların “qəhrəmanları” insan hüquqlarının müdafiəçiləri, deputatlığa namizədlər, ədalət çarçıları, hətta ölkəni idarə etməyə iddialı olanlardır. Bu şəxslərin artıq çılpaqlığı ilə ifşa olunmuş simalarını və iddialarını, xüsusilə Azərbaycanı idarə etmək istəklərini müqayisə edəndə fərqində olmasaq belə, qorxulu filmlə üz-üzə qaldığımız reallığı da önə çıxır.



“Bəxtiyar Hacıyev və dostlarının” qrupundakı yazışmalardan birində belə bir qeyd var: “2027-ci ildir, Bəxtiyar Hacıyev prezidentdir və mitinq keçirir, həm də gözü ilə “samovar” axtarır”.
 

Zarafatla yazılan bu qeyddə həm də bu insanların iddiaları və hədəfləri də öz əksini tapır. Onlar iddialarında zarafat etmir, onlar bir gün Azərbaycanı idarə edəcəklərini düşünür, özlərini buna layiq bilirlər.
 

Buradakı “samovar” Bəxtiyar Hacıyev və dostlarının yatağa saldıqları və salmaq istədikləri qurbanlarına verilən şərti addır. Kibercinayətkarlıq yolu ilə sosial mediaya sızan yazışmalarla əksəriyyət tanış olub. İctimai rəyə oynayan bu şəxslərin başları ilə yox, paçalarının arası ilə düşündükləri, hər şeyə məhz oradan baxdıqları, həm də başları ilə paçalarının arasını sözün gerçək mənasında səhv saldıqları yazışmalarda çılpaqlığı ilə ortaya çıxır.
 

“Samovar” qurbanlara verilən şərti addır, lakin hər şey qrup yazışmalarındakı zarafatla bitmir. Yayılan ifşalar bu qrupun “samovar əməliyyatı”nın detallarını da ortaya çıxarır.
 

Bəxtiyar Hacıyev qrup arasında ən aktiv “samovar qaynadandır”, yəni qadınları yatağa salmağı ilə məşhurdur. Onun qurbanı olmuş qadınların, həm də potensial qurban kimi baxdıqlarının yaş və ailə vəziyyəti də müxtəlifdir.
 

- Yetkinlik yaşına çatmayan və 20 yaşlarındakı gənc qızlar, ailəli xanımlar;
- “İctimai sektor” dedikləri çevrələrində demək olar ki, salam verdiyi hər kəsin yaxını olan qadınlar: dostlarının həyat yoldaşı, sevgilisi, bacısı və s;
- Tanınmış müxalifətçi siyasətçilərin qızları;
- “İctimai sektor”da nüfuzu olan şəxslərin qızları və həyat yoldaşları;
 

Bir sözlə, Bəxtiyar Hacıyev ətrafındakı bütün qadınlara və dost, mübarizə yoldaşı dediyi şəxslərin yanındakı qadınlara “seks obyekti” kimi baxıb. Hətta tanınmış müxalifət partiyalarından birinin liderinin qızı ilə də analoji hal yaşanıb, Bəxtiyar siyasi partiya liderinin qızının arxasınca ABŞ-a qədər gedib, onunla görüşüb.Bu şəxs “seks obyekti” kimi baxdığı xanımlarla təkcə yatmaqla kifayətlənməyib, həm də foto və videolarını çəkib, bu foto/videolardan, eləcə də yazışmlardan yatağına saldığı qadınları yenidən istifadə etmək, yatağına salmaq istədiklərini ələ keçirmək üçün şantaj olaraq da istifadə etdiyi istisna deyil. Daha sonra bir qədər jarqon sözlə desək, “qruqa buraxıb”. Yəni, onların təbirincə desək, “qaynatdıqları samovarları”n foto və videolarını dostları ilə yaratdıqları qrupa atıb, müzakirə edib. İfşa olunan yazışmalarda anlamaq olur ki, Bəxtiyar Hacıyev qrupun “samovar başı” olub və hüquq müdafiəçisi Zaur Əkbər də daxil olmaqla dostları üçün “samovar dəsgahı” təşkil edirmiş, yəni istifadə etdiyi xanımları onlara ötürürmüş.
 

Bütün bunlar əxlaq, qanun və mənəvi dəyərlər sisteminin bir şəxslərin timsalında deqradasiyasıdır. Və təkcə Azərbaycanda yox, dünyanın istənilən ölkəsində, istənilən cəmiyyətində dostunun, “mübarizə yoldaşı” dediyin şəxsin qızına, həyat yoldaşına tamah salmaq, onu yoldan çıxarmaq, yaxud buna cəhd etmək əxlaqsızlıqdır. Bu tarix boyu belə olub və dəyərlər sistemi nə qədər fərqli olsa belə, bütün cəmiyyətlərdəki insan psixologiyası bunu belə qəbul edir.
 

Artıq Bəxtiyar Hacıyev bütün bu ifşalardan sonra nə siyasətçi, nə hüquq müdafiəçisi, nə ictimai fəal, nə də bir insan kimi cəmiyyət tərəfindən qəbul edilə bilməz. Cəmiyyətin verdiyi reaksiya da bu yöndədir, hətta İlkin Rüstəmzadənin timsalında onu müdafiə edən, müdafiə etməyənləri təhqir edən “yoldaşları” belə Bəxtiyar Hacıyevin əməllərini bağışlaya bilmədi, ən sərt reaksiya sərgilədilər. Eyni münasibət Bəxtiyar Hacıyevin “samovar” ötürdüyü dostlarına, Zaur Əkbər və digərlərinə də aiddir. Əxlaq baxımından bu qədər aşınmış insanlar hansı insan haqlarından, yaxud insan haqlarının müdafiəsindən danışa bilər? Bundan sonra onlara hansı xanım salam verəcək, yaxud salam verən xanımlara cəmiyyətin münasibəti necə olacaq?
 

Bəxtiyat və dostları Azərbaycan cəmiyyətinə Esperin “Manyak”ını real həyatda göstərdilər.
 

Amma və lakin...
 

Hələ də Bəxtiyar Hacıyevi “müdafiə edənlər”, onun əxlaqsızlığını müxtəlif adlar altında ört-basdır etmək istəyənlər var. Belələri arasında Hacıyevin qrupunda olan, yatdığı xanımları “servis etdiyi” dostlarının olması təəccüblü deyil, çünki onlar da Bəxtiyar qədər zibilin içindədirlər və əslində Bəxtiyarı yox, özlərini müdafiə etməyə çalışır.
 

Hərçənd, müxalifətin baş verənlərə münasibəti sözün gerçək mənasında dəhşətlidir. Təsəvvür edin, Bəxtiyar Hacıyev müxalifət partiyası liderinin qızına qarşı öz çirkin oyununu oynayıb və artıq həmin şəxsin bundan sonrakı siyasi karyerasına zərbə vurub, amma hələ də Hacıyevi “müdafiə edənlər” var bu düşərgədə. Yeganə səbəb Bəxtiyar Hacıyevin iqtidara qarşı olmasıdır. Azərbaycan müxalifətinin klassik yamaşmasıdır və zaman keçsə də, heç nə dəyişməyib: düşmənimin düşməni mənim dostumdur;
 

İndiyə qədər iqtidar düşərgəsində olarkən onları ən ağır sözlərlə təhqir edən nazirləri, deputatları bu düşərgəni tərk edən kimi yanlarına çəkiblər, hətta ən böyük “demokrat” adlandırıblar. İndi də əxlaqsızlığı, hətta özlərinə qarşı törədilmiş əxlaqsızlığı məhz “iqtidara görə” müdafiə edirlər. Bu da müxalifətin deqradasiyasının ən bariz örnəyi, həm də niyə bu qədər zəif, hörmətsiz olduqlarının ispatıdır. Və şübhəsiz ki, Bəxtiyar və dostlarının əxlaqsızlığını müdafiə edənlər cəmiyyətin gözündə onlarla eyni səviyyədə qəbul ediləcək.
 

Yaqub Tahir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi