Modern.az

“Biz qurultayımızı şadlıq sarayında keçirmək istəmirik” - Müsavat

“Biz qurultayımızı şadlıq sarayında keçirmək istəmirik” - Müsavat

8 İyun 2013, 13:12

Seçkilərə cəmi 5 ay qalmasına baxmayaraq Müsavat Partiyasının qurultay məsələsindən hələ də yeni bir xəbər yoxdur. Ötən il bu vaxt partiya qurultayla bağlı danışıqlarda Türkiyə və Gürcüstan variantlarını siyasi gündəmə gətirsə də, bu plan da baş tutmadı. Diqqət tədbirin Bakıda keçirilməsinə yönəldi.

Aylardır davam edən qurultay müzakirələri bir sözlə nəticəsiz qaldı. Müsavatın əsas rəqibi, hakim Yeni Azərbaycan Partiyası (YAP) isə dünən əzəmətli “Buta Palace” sarayında öz qurultayını keçirdir.

Belə məqamda bir suallar yaranır: nə üçün Müsavat qurultayını keçirmir? Həqiqətənmi partiyanın mötəbər tədbiri yer məsələsinə görə baş tutmur? Hakimiyyətin varlığını həzz etmədiyi Milli Şura Vətəndaş Həmrəyliyi Partiyasının qərargahını icarəyə götürərək ilk tədbirini keçirə bilirsə, nə üçün Müsavat icarə haqqını ödəməklə hər hansı məkanda qurultay keçirə bilmir?

Görünür məsələnin kökündə bilmədiyimiz məqamlar dayanır. Müsavat tərəfi əsaslı arqumentlər gətirsə də, qurultayın bilərəkdən təxirə salındığı ehtimalı da istisna edilmir. Bir çoxları Müsavatın qurultay müəmmasının pərdəarxasında bəzi siyasi ambisiyaların dayandığını zənn edir.

Bir əsrlik Müsavat Partiyası bu barədə nə düşünür?

Partiyanın başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında həmişəki kimi Bakı Şəhər İcra Hakimiyyətinin onlara münasib yer ayırmamağından şikayətlənib.

Hakim partiyanın V qurultayının “Buta Palace” sarayında keçirildiyini xatırladan G.Aslanlı bunun qarışılığında Müsavat Partiyasının qurultayını şadlıq saraylarında keçirmək istəmədiyini qeyd edib.

“Biz dəfələrlə qurultaya yer ayrılması üçün öz müraciətimizi etmişik. İndiyədək bizə bir

dəfə də olsa, normal yer göstərilməyib ki, gedib qurultayımızı keçirək. Dünən Yeni Azərbaycan Partiyası öz qurultayını “Buta Palace”da ona görə keçirdi ki, sonra Müsavata deyə bilsinlər ki, “biz qurultayımızı şadlıq sarayında keçirmişik”. Nə qədər ki, bu hakimiyyət var, həmin saraylar Müsavata yer verməyəcəklər. Heç yüz illik tarixi olan Müsavat partiyası da hansısa şadlıq sarayında qurultay keçirmək niyyətində deyil”-deyə Müsavat rəsmisi vurğulayıb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama