Modern.az

“Çelsi” və “Benfika” 1/4 finalda - Gecənin nəticələri

“Çelsi” və “Benfika” 1/4 finalda - Gecənin nəticələri

8 Mart 2023, 09:36

Ötən gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

 

Modern.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Bununla da 1/4 finalın 2 iştirakçısının adına aydınlıq gəlib.

 

Belə ki, "Benfika" Portuqaliyada Belçika "Brügge"si ilə üz-üzə gəlib. "Benfika" "Brügge"ni 5:1 hesabı ilə darmadağın edib. İlk görüşdə də Lissabon təmsilçisi rəqibini məğlub edib - 2:0. Nəticədə "Benfika" 1/4 finala adlayıb.

 

"Çelsi" doğma meydanda "Borussiya"nı (Dortmund) qəbul edib. "Çelsi" bu oyunda "Borussiya"ya 2:0 hesabı ilə qalib gəlib. Dortmunddakı ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar. İki oyunun cəmində "Çelsi" 1/4 finala vəsiqə əldə edib.

 

UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları

7 mart

 

"Çelsi" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0 

Qollar: Sterlinq, 44 (1:0), Havertz, 53-pen. (2:0)

Hakimlər: Denni Makkeli, Rocier Honiq, Yan de Vrays, Yoxem Kampuis (Niderland)
İlk oyun - 0:1
London, "Stemford Bric" stadionu

 

"Benfika" (Portuqaliya) - "Brügge" (Belçika) - 5:1

Qollar: Silva, 38 (1:0), Ramos, 45+2 (2:0), 57 (3:0), Mario, 71-pen. (4:0), Neres, 78 (5:0), Meiyer, 88 (5:1)

Hakimlər: Halil Umut Meler, Mustafa Emre Eyisoy, Cevdet Kömürcüoğlu, Abdulkadir Bitigen (Türkiyə)
İlk oyun - 2:0
Lissabon, "Eştadiu du Benfika" stadionu

 

8 mart

 

"Bavariya" (Almaniya) - PSJ (Fransa)

Hakimlər: Daniele Orsato, Çiro Karbone, Alessandro Yallatini, Mauritsio Mariani (İtaliya).

İlk oyun - 1:0.

 

"Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya)

Hakimlər: Kleman Turpin, Nikolas Danos, Bejamin Paqes, Jeremie Piqnard (Fransa)

İlk oyun - 0:1

 

14 mart

 

"Portu" (Portuqaliya) - "İnter" (İtaliya)

İlk oyun - 0:1

 

"Mançester Siti" (İngiltərə)  - "Leyptsiq" (Almaniya)

İlk oyun - 1:1

 

15 mart

 

"Napoli" (İtaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

İlk oyun - 2:0.

 

"Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə)

İlk oyun - 5:2

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı