Modern.az

Füzulidə şəhid ailələri ziyarət olunub - FOTO

Füzulidə şəhid ailələri ziyarət olunub - FOTO

Aktual

8 Mart 2023, 09:50

Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibətilə Füzuli rayonundan olan Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət olunub.  

Məlumat üçün qeyd edək ki, Füzuli rayonunun 78 nəfər Vətən müharibəsi şəhidi ailəsindən 60 ailə rayon ərazisində, 18 ailə isə Respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayır.

Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Füzuli rayonundan olan bütün Vətən müharibəsi şəhidi ailələri ilə görüşülüb, bayramları təbrik edilib, onlara bayram sovqatları və hədiyyələr təqdim olunub.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?