Modern.az

Millət vəkilləri uşaqlara qarşı cinsi zorakılıqdan danışacaqlar

Millət vəkilləri uşaqlara qarşı cinsi zorakılıqdan danışacaqlar

8 İyun 2013, 13:29

İyunun 11-də Milli Məclisin AŞPA Sosial məsələlər, səhiyyə  və davamlı inkişaf  komitəsinin birgə təşkilatçılığı ilə  “Uşaqların  rifahı – cəmiyyətin rifahının göstəricisidir” mövzusunda konfrans keçiriləcək. 

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbir  Avropa Şurasının “Uşaqlara  qarşı cinsi  zorakılıqla  mübarizədə parlamentlərin birliyi: Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində  həyata  keçirilir.
Tədbirdə Milli Məclis Sədrinin müavini Bahar Muradova,  parlamentin komitə sədri, AŞPA sədrinin müavini  Səməd  Seyidov, millət  vəkili,  qurumun Sosial məsələlər, səhiyyə  və davamlı inkişaf  komitəsinin üzvü Sevinc Fətəliyeva açılış nitqi  söyləyəcəklər.
Konfrans  çərçivəsində AŞPA-nın xüsusi  Alt  komitəsinin iclası, uşaqların  cinsi  zorakılıqdan  qorunmaları üçün effektiv tədbirlər,  kiber  mühitdə uşaqların  təhlükəsizliyi,  uşaqlara  qarşı  zorakılıqla  mübarizədə  müxtəlif  ölkələrin təcrübəsi mövzularında  sessiyalar keçiriləcək.
Qeyd edək ki, “Uşaqların cinsi  istismar və seksual xarakterli  hərəkətlərdən qorunması  haqqında  Avropa Şurası Konvensiyası”  parlament  üzvləri  üçün vəsait şəklində  dərc  edilib.

Tədbirin  yekununda  kitabın təqdimatı  olacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama