Modern.az

Əflatun Amaşov Modern.az-a gəldi: “Gələcəkdə texniki işçilərə də mənzil verilə bilər” - FOTOLAR

Əflatun Amaşov Modern.az-a gəldi: “Gələcəkdə texniki işçilərə də mənzil verilə bilər” - FOTOLAR

8 İyun 2013, 13:51

Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Modern.az saytının redaksiyasında olub. MŞ sədri Modern.az-ın evsiz jurnalistlər üçün tikilən mənzillərə iddialı namizədinin müəyyənləşdirilməsi üçün keçirilən redaksiya iclasında iştirak edib.
İclasda Ə.Amaşov evsiz jurnalistlər üçün gələcək perspektivlərdən də danışıb.
“Gələcəkdə mətbuatda işləyən texniki işçilərə də mənzil verilə bilər”-deyə Ə.Amaşov bildirib.

“Ola bilər ki, gələcəkdə yeni bina tikilsin və meyarlar dəyişsin. O zaman mənzil üçün müəyyən olunan meyarlarla yaradıcı jurnalistlərlə yanaşı, mətbuatda işləyən texniki işçilər də nəzərə alına bilər”.

Qeyd edək ki, Mətbuat Şurasının müəyyən etdiyi meyarlara əsasən son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada  5 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər.

Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər.

 

 

 

 

 

  
 Gültəkin Ələsgər

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama