Modern.az

Bu gün Konfrans Liqasında 7 oyun var

Bu gün Konfrans Liqasında 7 oyun var

9 Mart 2023, 07:52

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, ikinci oyun günündə 7 qarşılaşma keçiriləcək.

 

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Gent" Belçikada Türkiyə "Başakşehir"i ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

Ağdam klubunun Çempionlar Liqasının təsnifat oyunlarında məğlub etdiyi Polşa "Lex"i və İsveçrə "Bazel"i isə evdə müvafiq olaraq, İsveç "Yurqarden"i və Slovakiya "Slovan"ı ilə üz-üzə gələcək. Cavab matçları martın 16-da olacaq.

 

UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar

9 mart

 

21:45. AEK (Larnaka, Kipr) - "Vest Hem" (İngiltərə)

 

21:45. “Şerif” (Moldova) - "Nitsa" (Fransa)

 

21:45. "Anderlext" (Belçika) - "Vilyarreal" (İspaniya)

 

00:00. "Fiorentina" (İtaliya) - "Sivasspor" (Türkiyə)

 

00:00. "Lex" (Polşa) - "Yurqarden" (İsveç)

 

00:00. "Bazel" (İsveçrə) - "Slovan" (Slovakiya)

 

00:00. “Gent” (Belçika) - “Başakşehir” (Türkiyə)

 

Qeyd edək ki,1/8 finalın ilk oyunu martın 8-də İtaliyada "Latsio" və Niderlandın "AZ Alkmaar" komandaları arasında keçirilib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 2:1.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir