Serbiya Prezidenti Aleksandar Vuçiç “Dövlət Uğrunda Xalq Hərəkatı” adlı yeni siyasi hərəkat yaradır.
Modern.az xəbər verir ki, Vuçiç yaxın günlərdə ölkənin cənubunda yeni siyasi hərəkata ictimai dəstəklə bağlı təşviqat kampaniyasına başlayacaq.
“Serbiyanı müdafiə etmək” şüarı ilə həyata keçiriləcək kampaniya qısa müddətdə ölkənin bütün regionlarını əhatə edəcək.
Məlumata görə, Vuçiçin hakim Serb Tərəqqi Partiyasından ayrılması gözlənilir.
Qeyd edək ki, o, daha əvvəl Serbiya üçün məqbul siyasi blok yaradacaqlarını və bunun vətəndaşlığa əsaslanan milli hərəkat olacağını bildirmişdi.