Modern.az

Milli Şuranın siyahısına yenidən baxılacaq

Milli Şuranın siyahısına yenidən baxılacaq

8 İyun 2013, 16:33

Ötən gün Milli Şuranın ilk iclası keçirilib. İclasda Milli Şuranın bəyannaməsi elan olunsa da tərkib üzlərinin siyahısı ilə rəsmən açıqlanmayıb. Siyahı məsələri toplantıda dəfələrlə qaldırılsa da məsələyə baxılmayıb.

“El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Modern.az-a açıqlamasında siyahı məsələsinə aydınlıq gətirib.

Onun sözlərinə görə Milli Şuranın 129 nəfər üzvü bu təşkilatın yaranması ilə bağlı bəyannaməyə imza atıb.

“Bu da Milli Şuranın üzvü kimi təsdiq olunmaq deməkdir. Ola bilsin ki, tədbirdə iştirak edən üzvlərin bəzilərinin vaxtı olmayıb imza atmağa. Ancaq yenə deyirəm Milli Şuranın bəyannaməsinin qəbul olunması onun tərkibinin təsdiq olunması anlamına gəlir”.

“El” rəsmisi onu da bildirib ki, gələcəkdə də üzvlər və tərkiblə bağlı məsələlərə baxılacaq. “Qapımız hamının üzünə açıqdır. Biz hesab edirik ki, tərəddüd edən,  obyektiv və subyektiv səbəblərdən həmin siyahıda yer ala bilməyən insanlara qapılar açıqdır. Növbəti toplantılarımızda Milli Şuraya qəbul haqqında məsələlər müzakirə ediləcək. Milli Şuranın spektri nə qədər geniş olsa, bir o qədər məqsədəuyğundur”-deyə vurğulayıb.

Qeyd edək ki, Milli Şuranın 129 nəfərlik siyahısı rəsmən elan olunmasa da “Yeni Müsavat” qəzetinin ötən buraxılışıdan dərc olunub.

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama