Modern.az

Buraxılış imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq

Buraxılış imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq

8 İyun 2013, 16:57

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 7-də növbəti buraxılış imtahanları keçirib.    

TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, imtahanlar Naxçıvan MR-də, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı,  Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C. Naxçıvaniski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada aparılıb.  

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanıb.  

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib.   

Bütün binalarda imtahanlar təlimata uyğun şəkildə keçirilib, şagirdlərə öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.  

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır.   

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama