Modern.az

Azərbaycan yaşıl hidrogen ixrac etməyi planlaşdırır

Azərbaycan yaşıl hidrogen ixrac etməyi planlaşdırır

9 Mart 2023, 12:30

Azərbaycan yaşıl hidrogen ixrac etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

 

Beynəlxalq Maliyyə Korporasiyasının Xəzər dənizində külək potensialının yekun qiymətləndirməsini apardığını söyləyən dövlətimizin başçısı bildirib ki, bu potensial 157 qiqavat təşkil edir. Azərbaycan Prezidenti qeyd edib ki, yaşıl enerjiyə keçid sürətlə gedir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı