Modern.az

Bakıda növbəti forum keçiriləcək

Bakıda növbəti forum keçiriləcək

9 Mart 2023, 13:04

Bu ilin noyabr ayında Azərbaycan paytaxtında sayca 2-ci Dayanıqlı İnkişafa dair Bakı Forumu keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi məqsədilə yaradılmış İnvestor Xəritəsinin təqdimat mərasimində bildirib.

 

Onun sözlərinə görə, forumu İqtisadiyyat Nazirliyi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə təşkil edəcək. Onun mövzusu dayanıqlı maliyyələşmə və investisiyalarla bağlı olacaq”.

 

Xatırladaq ki, Azərbaycan BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat (2017, 2019 və 2021-ci illərdə) təqdim edib, növbəti hesabatını isə 2024-cü ildə təqdim edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda şok yenilik-Azərbaycan dilinə icazə verildi